“Xaç atası”nın prodüseri VƏFAT EDİB

 22-11-2022

Amerika Film İnstitutunun qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olun “Xaç atası”nın (“The Godfather”) prodüseri Qrey Frederikson 85 yaşında ABŞ-da vəfat edib.

Bu barədə onun həyat yoldaşı xəbər verib.

Bildirilir ki, məşhur prodüser uzun müddətdir ki, xərçənglə mübarizə aparırdı.

Qeyd edək ki, Frederikson rejissor Frensis Ford Koppolanın “Xaç atası” trilogiyasında və Vyetnam müharibəsi haqqında “Qiyamət günü” (“Apocalypse Now”) filmi üzərində işləyib.

O, “Xaç atası” trilogiyasında ikinci filmin prodüseri kimi “Oskar” mükafatını qazanıb.

Mənbə: The Hollywood Reporter

Bənzər yazılar

0.02729606628418