Lənkəran rayonunda MƏKTƏBLİ DÖYÜLÜB

 21-11-2022

Lənkəran rayonunda məktəbli döyülüb.

Milletinsesi.info-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.Q. naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran xəstəxanasına yerləşdirilib və vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milletinsesi.info-a bildirilib ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”.

Bundan başqa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəbli döyülməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

Bənzər yazılar

0.29795503616333