Sinif yoldaşına qarşı zorakılıq edən şagirdin məktəbi dəyişdirildi - VİDEO

 21-11-2022

Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagirdi döyən sinif yoldaşı təhsilini Yevlaxda davam etdirir.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı 112 nömrəli tam orta məktəbində şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı yayılan görüntülərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

İdarədən bildirlib ki, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, videoda sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Bənzər yazılar

0.20480608940125