İlkin Behbudov: “Qaz xəttinə özbaşına müdaxilə yolverilməzdir”

 18-11-2022

“Qaz xəttinə özbaşına müdaxilə yolverilməzdir”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bildirib.

Onun sözlərinə görə, dəm qazından boğulma faktlarının 95 faizi hamam otağında baş verir:

“Əhalini daha da diqqətli olmağa çağırırıq. Xahiş edirik ki, səhlənkar olmasınlar, hamam otaqlarının standartlarına uyğun olmasına və tüstü bacalarının vaxtında təmizlənməsinə nəzarət olunsun”.

Şöbə rəisi qeyd edib ki, dəm qazından və qaz sızmasından əmələ gələn partlayışlar iki qrupda cəmləşir:

“Qeyri-qanuni müdaxilə edilir və şlanqlı birləşmələrdən istifadə olunur. O, rezindir, müəyyən müddətdən sonra genişlənmə əmələ gəlir və qaz sızması olur”.

O qeyd edib ki, mənzil daxilində sızmanın əmələ gəlməsinin əsas səbəbi insanların yol verdikləri nöqsanlardır.

 

Bənzər yazılar

0.22825193405151