Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri barəsində “gundelik-baku.com”a materiallar daxil olmaqda davam edir.
Səkinə Sadıqovanın əməlləri barəsində yazdıqlarımızı, dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməsini, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmasını, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımasını yenidən yazıb təkrarlamaq istəmirik.
Ancaq bir məsələnin üzərində ciddi araşdırma aparmaq qərarına gəldik.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Səkinə doxtur təkcə xəstəxanalardakı ştatları, xəstələrə verilən dərmanları satmır, o həm də benzin satır, avtomobil təkəri, ehtiyat hissələri satır.
Belə ki, Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım bölməsi və onun nəzdindəki qaraj Səkinə Sadıqovanın tabeçiliyindədir.
Bəli, “Sumqayıt Təcili Tibbi Yardım” kimi böyük korrupsiya mərkəzi Səkinə Sadıqova üçün milyonlar deməkdir.
Hətta deyilənlərə görə, qaraj müdiri Kamran Əhmədov işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir.
Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb Səkinə Sadıqovaya çatdırır və özü də qazanır.
Kamran Əhmədovun müavini isə Kənan Hacıyevdir.
Məlumat üçün qeyd edək ki, Səkinə Sadıqovanın tapşırığı ilə Kamran Əhmədovun işdən çıxardığı Rəfael Nəsirov arasında hazırda məhkəmə prosesi gedir.
Belə ki, 2018-ci ildə Kamran Əhmədovun göstərişi ilə Kənan Hacıyevin qoçu dəstəsi Rafayel Həsirovun maşına basaraq mərkəzi qaraja gətirib döyüblər və maşına mindirib yarıyolda atıblar.
Hələki bu “razborka”nın kimin xeyrinə bitəcəyi bəlli deyil.
Qarajın müdiri və Səkinənin sağ əli Kamran Əhmədov o qədər həddini aşıb ki, bütün sənədləri saxtalaşdırır, hətta baş həkimin əvəzindən yol vərəqəsinə möhür vurur.
Kamran əvvəllər “remont” adı ilə pul yığırmış, indi isə deyilənə görə, “texsmotr”a görə, hər maşından 100 manatdan yığır. Və maşınlar “texsmotra” getmir, pulları isə Kamranla Səkinə bölür. Sonda Kamran 30-dan çox maşının “texsmotr” pulunu ödəmədiyi üçün maşınlara cərimə gəlir.
Səkinə Sadıqovanın göstərişi ilə təcili yardım maşınları baş həkimin tabeçiliyinə verilib, texnoloji maşınlar isə hələlik Avtoparkda qalır. Səkinə Sadıqova qanunsuz olaraq Mərkəzi qarajı ləğv edərək Avtopark yaradıb.
Bir sözlə, Səkinə-Kamran cütlüyünün qanunsuz əməlləri davam edir. Bütün bu məsələlər yəqin ki, məhkəmə prosesində üzə çıxacaq.
Lakin, Səkinə və Kamran cütlüyü nüvafiq qurumlara təsir edərək lazım olan sorğulara cavab almağa imkan vermirlər.
Hətta qaraj müdiri Kamran Əhmədovun məhkəmədə iştirak etmək hüququ olmadığı halda məhkəmədə iştirak edir və məhkəməyə təzyiq edir.
Onu da qeyd edək ki, Səkinə və Kamran cütlüyü bütün bu qanunsuz əməlləri TƏBİB-dəki qrup rəhbəri olan Rəşadın göstərişi ilə edirlər. Əgər Prokurorluq bu işi obyektiv araşdırarsa, təcili yardımda işləyən həkimlər və sürücülər gəlib öz sözünü deyəcək. Çünki bu məsələdə ən çox zəiyyət çəkən onlardır.
Təcili Tibbi Yardım Stansiyasının baş həkimi İlkin Namazov da qanunları pozur, Rafayel Nəsirovla bağlı soruğya cavab vermir.
Məlumata görə, Səkinə Sadıqova İlkin Namzovu özünə müavin aparıb.
Bəli, bütün bu deyilənləri və yazılanları sübuta yetirmək və istintaq apararaq bütün özbaşınalıqları üzə çıxarmaq, Hüquq Mühafizə Orqanlarının işidir.
Biz hər vəchlə çalışırıq ki, bizim bütün yazdığımız məqalələrdən dövlətimiz xeyir görsün və bütünlüklə öz qüvvəmizi toplayıb, daxili imkanlarımız hesabına bu tipli məsələlərin Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılması üçün əlimizdə olan bütün sənədləri istintaq orqanlarına, prokurorluq orqanlarına çatdıraq ki, törədilmiş cinayətlərin üstü asanlıqla açılsın.
Mənbə gundelik-baku.com