Xırdalanda partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

 17-11-2022

Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələri Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam etdirilir.

Bu barədə Milletinsesi.info-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 22 yaşlı qadının (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 1, 4 və 7 yaşlı uşaqların (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Bənzər yazılar

0.43015599250793