Gəncədə 23 yaşlı gənc kürəyindən bıçaqlanıb

 13-11-2022

Gəncə şəhərində gənc kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” adlanan bazar yaxınlığında qeydə alınıb.

Belə ki, mübahisə zəminində 1999-cu il təvəllüdlü Ü. Mehdizadə kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.49045300483704