Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb...” - TƏFƏRRÜAT

 09-04-2022

Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Qarabaği (Abbasov) qardaşının döyülməsinin təfərrüatını açıqlayıb.

MillətinSəsi.info xəbər verir ki, Qaynarinfo-ya açıqlama verən Hacı Tahir qardaşı Rəşid Abbasovun özünə məxsus həyət evində hücuma məruz qaldığını deyib.

“Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Baş nahiyəsindən xəsarət alıb. Səhərə kimi yatmamışıq”, - deyə axund bildirib.

Hacı Tahir Rəşid Abbasovun döyülməsinin təfərrüatlarından danışıb: “Gecə evinə gəlib. Darvazanı açıb, həyətinə daxil olub. Həmin vaxt cinayəti törədən şəxs (şəxslər) arxadan evin işğını söndürüb. Bu da qapıya çıxıb. Görüb ki, qonşunun işığı yanır, amma bunlarda yox. Qapıdan çıxan kimi hücuma məruz qalıb. Qardaşımın 65 yaşı var. Həyat yoldaşı mənzildə olub. Köməyinə qonşusu gəlib. Görüb ki, bir nəfər onun başına küt alətlə vurur. Qardaşım da qışqırır. Qonşu da həyətindən lapatka götürüb, hadisə yerinə gəlib. Gələndə hücum edən şəxs qaçıb”.

Hacı Tahir qardaşı Rəşid Abbasova hücumun oğurluq məqsədilə törədildiyini hesab edib: “Mən bu cür hesab edirəm. Çünki, qardaşımın düşməni yoxdur. Sakit adamdır. Uzun illər komunal sahədə, bələdiyyədə çalışıb”.

Qeyd edək ki, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib. Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun xəbərinə görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.14811396598816