Münhen “Bavariya”sının və Seneqal yığmasının hücumçusu Sadio Mane zədə səbəbindən Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını buraxmalı olacaq.
Belə ki, 30 yaşlı hücumçu Bundesliqada “Verder”ə qarşı keçirilən oyunda (6:1) ağır zədə alıb.
Mənbə yazır ki, Mane daban vətərini zədələyib.
Qeyd edək ki, Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatı noyabrın 20-də start götürəcək. Seneqal yığması mundialda Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.
Mənbə: L'Equipe