Bakı şəhəri, Gəncə prospekti 29/42 ünvanında, DSXA-nın yanındakı 7 bloklu, 16 mərtəbəli binanın yalnız 4-cü blokunda illərdir lift işləmir.
MillətinSəsi.info xəbər verir ki, bu barədə vətəndaş Saleh Nəsirov sosial şəbəkə hesabında yayımladığı videomüraciətində deyib.
S. Nəsirov bildirib ki, onlara problemin borc səbəbindən yaşandığı deyilir:
“Yalandan deyirlər borc yığılıb, sakinlər remont pulu ödəmir. Boş söhbətdir. Hansı sakin istəyər bu mərtəbələri gündə 100 dəfə qalxıb düşsün, özü də yük ilə? Həyətdə də bahalı maşınlar var. Sakinlər məcburən 3-cü blokun liftilə dama qalxıb 4-cü bloka keçirlər. Mən şəxsən bu gün belə etdim. Biyabırçılıqdır, vallah”.
O qeyd edib ki, liftlərin ümumi vəziyyəti olduqca pis gündə və təhlükəlidir. Deyilənə görə, Qəbələ istehsalıdır.