“Barselona” 9 nəfərlə qələbə qazandı

 09-11-2022

İspaniya çempionatının 14-cü turunda yenicə lider olmuş “Barselona” səfərdə “Osasuna”nın qonağı olub.

Bu il kifayət qədər yaxşı çıxış edən və hazırda turnir cədvəlinin üst sıralarında qərarlaşan ev sahibləri katalon klubuna çətin anlar yaşadıb.

Oyunun ilk hissəsində məğlub durumda olan “Barsa” azlıqda qalıb. Əvvəlcə komandanın hücumçusu Levandovski ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Fasilə zamanı isə ehtiyat oyunçular sırasında yer alan Pike hakimlə mübahisə etdiyi üçün qarşısında birbaşa qırmızı vərəqəni görüb.

Buna baxmayaraq, ikinci hissədə 10 nəfərlə mübarizə aparan Xavinin yetirmələri hesabı bərabərləşdirməyə nail olublar.

Oyunun 85-ci dəqiqəsində isə qonaqlar qələbə topunu vurmağı bacarıblar - 1:2. 

Bənzər yazılar

0.19543695449829