Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb

 08-04-2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin-dən məlumat verilib.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Diplomatlar ikitərəfli münasibətlərin geniş spektrini, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsini müzakirə ediblər.

Nazirlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalananüçtərəfli sazişlərin bütün müddəalarının icra vəziyyətini nəzərdən keçiriblər.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bənzər yazılar

0.23779702186584