“Zəngi” liseyinin direktoruna ŞOK İTTİHAM - "Direktor valideynlərindən pul aldığına görə X sinif şagirdləri dərsə gəlmirlər"

 08-04-2022

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin müəllimi narazıdır. 

Oxu.Az-ın məlumatına görə, Arif Bədəlov adlı müəllim bildirib ki, boş sinfə dərs keçir. 

O iddia edib ki, “Zəngi” liseyində təhsil alan X sinif şagirdlərinin valideynləri 
direktora pul ödədikləri üçün dərsə gəlmirlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru X sinif şagirdlərinin valideynlərindən pul alması iddiasına cavab verib.

Liseyin direktoru Almaz Əsgərova Oxu.Az-a bildirib ki, yayılan məlumatlar yalandır: “Bunun şər-böhtan olduğunu sübut da edəcəyik. Məni pul almaqda ittiham edən müəllimin qeyd apardığı şagirdlərin davamiyyət jurnalında “qaib” yoxdur. Şagird dərsdə yoxdursa, niyə “qaib” yazmayıb?”

O qeyd edib ki, məhkəməyə müraciət edəcək: “İstəyirəm ki, məsələ tam araşdırılsın”.

Bənzər yazılar

0.21878695487976