Azərbaycanın üç cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq - YENİLƏNİB

 04-11-2022

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin yarımfinalında üz-üzə gəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan Kəramət Hüseynov və Balabəy Ağayev finala gedən yolda qüvvəsini sınayıb.

Rəqibinə cərimə xalları ilə qalib gələn Ağayev adını həlledici görüşə yazdırıb. Onun rəqibi ukraynalı Dilşot Kalmatov olacaq. Hüseynov isə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşəcək.

66 kq-da çıxış edən Orxan Səfərov yarımfinalda moldovalı Denis Vyeruya uduzub. O, bürünc medal görüşünə çıxacaq. Eyni çəkidə yarışan Kamran Süleymanov isə təsəlliverici qarşılaşmada məğlub olaraq, medalsız qalıb.

15:07

Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

Milletinsesi.info xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcəklər.

Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.

Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.

66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurublar.

09:32

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

Milletinsesi.info-ın məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.

Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutacaq.

Böyük Dəbilqə

Kişilər
60 kq

Kəramət Hüseynov - Vijay Yadav (Hindistan)
Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi
Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi
Rövşən Əliyev - Rodriqo Lopes (Portuqaliya)

66 kq

Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı)
Yaşar Nəcəfov - Xuan Ernandes (Kolumbiya)
İsmayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya)
Kamran Süleymanov - Ayyub Elidrissi (Qətər)

Qadınlar
48 kq

Leyla Əliyeva - Edna Karillo (Meksika)
Aişə Qurbanlı - Qaliya Tınbayeva (Qazaxıstan)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)

52 kq

Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)
Aydan Vəliyeva - Faiola Diaz (Venesuela)
Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqə turnirində 64 ölkədən 406 idmançı mübarizə aparacaq.

Bənzər yazılar

0.21282410621643