Bakıda yeni evlənən şirkət rəhbəri özünü qalstuku ilə asdı

 07-04-2022

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 35 yaşlı Məlikov Vüsal Afət oğlu “Həzi Aslanov”  metrostansiyası yaxınlığındakı evində qalstuku ilə özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, əslən Salyan rayonundan olan V. Məlikov Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibidir.

O, Azərbaycan şirkətlərindən birinin Monteneqroda layihə rəhbəri də olub.

Mərhumun 5 ay öncə ailə həyatı qurduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.24279594421387