Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq cinahı ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində Slovakiyaya 1200 hərbçinin və 1 milyard avro dəyərində hərbi texnikanın yerləşdirilməsi planlaşdırılır.
Məlumata görə, Slovakiyaya ABŞ, Almaniya, Hollandiya, Polşa və Çexiyadan olan hərbçilər göndəriləcək.
Bundan əlavə, Slovakiyada “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi gözlənilir.
Həmçinin, NATO hərbçiləri respublikanın kibertəhlükəsizliyinin təmin edilməsinə cəlb olunacaqlar.
Mənbə: TASS