DÇ-2022: Azərbaycan millisinin rəqibi mundiala ciddi itki ilə YOLLANA BİLƏR

 31-10-2022

Futbol üzrə Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər.

Milletinsesi.info xəbər verir ki, İtaliya “İnter”ində icarə əsasında çıxış edən yığmanın aparıcı hücumçusu Romelu Lukaku zədələnib.

Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun mundialı buraxa biləcəyi istisna olunmur.

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

“Qırmızı şeytanlar” 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Bənzər yazılar

0.21733808517456