“Tottenhem”dən “comeback”, “Brayton” Potterdən qisasını aldı, “Liverpul” UDUZUB – VİDEO

 30-10-2022

İngiltərə Premyer Liqasında XIV tur çərçivəsində günün son matçı Liverpulda keçirilib.

Eyniadlı komanda “Lids”i qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün maraqlı qarşılaşmalarından birində “Tottenhem” “Bornmut”a qonaq olub.

Meydan sahibləri matçda 2 top fərqi ilə önə keçsələr də, sonradan toparlanan “Tottenhem” yekunda qələbə qazanmağı bacarıb – 2:3.

“Brayton” – “Çelsi” görüşüdə maraqlı və prinsipial alınıb. Belə ki, birincilərin baş məşqçisi Qraham Potter bir müddət öncə komandasını tərk edib “Çelsi”yə keçdiyi üçün azarkeşlər onu və londonluları aqressiya ilə qarşılayıblar. Elə köhnə komandası da Potterə xoş davranmayıb. “Brayton” qonaqlarını darmadağınla yola salıb – 4:1.

Bu gün İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Lester” - “Mançester Siti” qarşılaşması keçirilib. 

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 

“Şəhərlilər”in heyətində 49-cu dəqiqədə De Bruyne cərimə zərbəsindən möhtəşəm zərbə ilə görüşdə yeganə qolun müəllifi olub. 

Bu nəticədən sonra xallarını 29-a çatdıran “Mançester Siti” müvəqqəti olaraq liderliyi ələ keçirib. Bu tura qədər lider olan “Arsenal” sabah öz meydanında “Nottingem”i qəbul edəcək. 

“Lester” isə 14 turdan 11 xal toplamaqla 17-ci pillədə qərarlaşıb. 

Bənzər yazılar

0.22444796562195