“Azərbaycan Qarabağ məsələsində Ermənistana güzəştə getməyəcək, Qarabağ Azərbaycandır”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Ermənistan üçtərəfli bəyanatları yerinə yetirməlidir. İrəvanın ermənipərəst mövqedən çıxış edən Fransanı bu prosesə cəlb etmək istəyi və bununla bağlı müxtəlif imtiyazlar qazanmağa çalışması yaxşı heç nəyə gətirib çıxarmayacaq. Avropa İttifaqı (Aİ) və Fransanın səyləri ilə sülh müqaviləsinin əldə olunacağına şübhə edirəm. Onların addımları Azərbaycanın maraqlarına ziddir”, - o bildirib.
Politoloq Aİ-nin son addımları və bəyanatları ilə bağlı fikirlərini də bölüşüb:
“Fransa Prezidenti Emmanuel Makronun, eləcə də ümumilikdə Aİ missiyasının addımları Rusiyanın Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi ciddi səylərə zərbə vurur”.
Onun sözlərinə görə, Fransa dövlət başçısının son hərəkətləri və bəyanatları kiçik qisas xarakteri daşıyır, çünki hazırda rəsmi Paris dünyada siyasi nüfuzunu itirir.