Brüsseldə İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyanla görüşü başlayıb

 06-04-2022

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb.

MillətinSəsi.info xəbər verir ki, görüş işçi nahar formasında davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib. Danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələləri müzakirə ediləcək.

Bundan başqa Prezident İlham Əliyevin görüşdə Azərbaycanın təklif etdiyi beş maddəlik baza prinsipini xatırladacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq demişdi: “Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.

Bənzər yazılar

0.34720396995544