Goranboyda sürücü yolu keçmək istəyən 54 yaşlı kişini avtomobillə VURUB

 25-10-2022

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Həsən Namazovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.17862486839294