Əsgəri döyən Daxili Qoşunların hərbçisi kimdir? - VİDEOFAKT

 05-04-2022

Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.

MillətinSəsi.info xəbər verir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. 

Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib:

"Faktla bağlı aparılan aşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək"-deyə E.Zahidov qeyd edib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Hərbi Prokurorluğun Mətbuat Xismətinin məlumatına görə, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

 

Bənzər yazılar

0.28683495521545