“Nant”ın iki futbolçusu Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununu buraxa bilər.
Liqa 1 təmsilçisinin rəsmi saytında qeyd olunur ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında bildirib.
59 yaşlı mütəxəssis Şarl Traore və Fabionun zədəli durumda olduğunu söyləyib. Kombuare onların Liqa 1-in XII turunda “Nitsa” ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 23-də “Nitsa”nın qonağı olacaq “Nant” oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.