16 döyüş yoldaşı ilə 500-dən çox düşmənə sinə gərən şəhidimiz - VİDEO

 04-04-2022

18 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Camal İsmayılov 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. C.İsmayılov ingilis, rus və erməni dillərini mükəmməl bilirdi.

Aprel döyüşlərində iştirak edən Camal İsmayılov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinə də qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında şücaətlə vuruşub. 

Hadrutda döyüşən 1500 nəfərlik erməni briqadasına erməni dilində “geri çəkilin” əmrini verən Camal “Hadrut fatehi” ləqəbini qazanıb. Sonuncu döyüşündə 16 döyüş yoldaşı ilə birgə 500-dən çox düşmənlə döyüşüb və qəhrəmancasına şəhid olub. Şəhid olması xəbəri isə anasının doğum gününə təsadüf edib. 

“Şəhid olsam, məni rayonumdan − Neftçaladan ayırmayın”, - deyə vəsiyyət edən Camalın qızı müharibəyə getdiyi gün ondan qırmızı fənər almasını istəyib, şəhid olduqdan sonra isə hərbi çantasından qızına aldığı qırmızı fənər tapılıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

0.22336602210999