“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ilk final görüşündə UDUZUB

 20-10-2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.

İkinci final görüşü oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

Bənzər yazılar

0.23313498497009