Ermənilər tərəfindən qəbirləri dağıdılan şəxslərin yaxınları DANIŞDI - VİDEO

 20-10-2022

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarına dair bir neçə gün öncə yayılan görüntülərin Xankəndi şəhərində deyil, qərbi Zəngəzurda çəkildiyi məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, dağıdılan qəbirlər Qəşəm Cabbarovun ailə üzvlərinə məxsusdur.

82 yaşlı Qəşəm Cabbarov Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı kəndindəndir. Dağıdılan qəbirlərdən birində onun atası, digərində isə bacısı uyuyur. Yəqin ki, yayılan videodan sonra onun hansı hisslər keçirdiyini düşünmək çətin deyil.

Cabbarovlar ailəsi digər vətəndaşlarımız kimi zorla öz doğma yurd-yuvalarlından didərgin salınıb. O günləri böyük ağrı-acı ilə yadına salan Q.Cabbarov bildirib ki, qəbirləri dağıtmaq ermənilərin etdiyi ilk vandallıq deyil:

“Onlar heç vaxt nə ölülərimizə, nə də dirilərimizə hörmət qoyublar”.

İndi 82 yaşlı Qəşəm Cabbarovun bir arzusu var. Dünya gözü ilə torpağını bir də görmək, doğmalarının qəbirlərini ziyarət və bərpa etmək.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.14303398132324