""Alabala" müəllimin nəvəsi Londonda yeni şirkət açıb." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bir necə gün öncə facebook səhifəsində yazıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib:
"LONDONCAPSULE LIMITED İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq.
Nicat Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi ABEONA GLOBAL LIMITED isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge qəltan barı Şərifovun nəvəsinə məxsusdur."
Məsələ ilə bağlı Baş nazirin keçmiş müavini Abid Şərifov və onun nəvəsi Nicat Mahmudovla əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin münasibətlərin dərc etməyə hazırıq.
Aydın Mirzə