Henri Cekson Cəmiyyətinin ELMİ İŞÇİSİ: “Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır”

 19-10-2022

“Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır. Qərb dünyasının ictimai mövqeyində Azərbaycanı haqsız tərəf kimi təqdim etməyə çalışırlar”.

“Report” xəbər verir ki, bunu Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

O deyib ki, bu, həm də erməni diasporunun fəaliyyətinin nəticəsidir:

“Həmçinin Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir. 4000 minə yaxın azərbaycanlının itkin düşməsi faktdır. Amma Qərbdə bunu çox az adam bilir. Habelə, 1 milyona yaxın insan qaçqın düşüb. Sözügedən məsələlərdə araşdırmalarıma görə ciddi təqiblərə məruz qalmışdım. Məni hədələyirdilər. Çünki onlar bilirdilər ki, araşdırmanın nəticəsində ifşa oluna bilərdilər”.

Bənzər yazılar

0.237713098526