İmran Xan vəzifəsindən istefa verdi

 04-04-2022

Pakistanın baş naziri İmran Xan vəzifəsindən uzaqlaşdırılıb.

MillətinSəsi.info “RİA Novosti”tə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

“Pakistan İslam Respublikası Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə birlikdə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması ilə əlaqədar, İmran Əhməd Xan Niyazi dərhal Pakistanın baş naziri vəzifəsindən uzaqlaşdırılıb”, - məlumatda bildirilib.

Pakistan prezidentinin sözlərinə görə, Xan müvəqqəti baş nazir təyin olunana qədər bu vəzifədə qalacaq.

Xatırladaq ki, ötən gün səhər saatlarında Pakistan prezidenti baş nazirin təklifi ilə ölkə parlamentini buraxıb. İnformasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, Pakistanda 90 gün sonra yeni parlament seçkiləri keçiriləcək.

Bənzər yazılar

0.22568011283875