Volodimir Zelenski: "İstərdim hər bir rusiyalı ana Buçada, İrpendə, Qostomeldə öldürülən insanların cəsədlərini görsün"

 04-04-2022

Ukrayna Prezidenti Volodimir Zelenski Buçadakı vəhşiliklərlə əlaqədar öz “Telegram” kanalında rusiyalı əsgərlərinin analarına müraciət ünvanlayıb.

V.Zelenski öz yazısına Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhərlərində mülki əhalinin qarət edilməsi və öldürülməsini əks etdirən fotoşəkilləri əlavə edərək rus hərbçilərinin analarına müraciət edib:

"İstərdim hər bir rusiyalı ana Buçada, İrpendə, Qostomeldə öldürülən insanların cəsədlərini görsün. Onlar nə etmişdi?.. Nəyə görə sadə, dinc bir şəhərdə sadə, dinc insanları işgəncə ilə öldürüblər?..
 
Qadınları uşaqlarının gözləri qarşısında zorlamaq və öldürmək, öldürəndən sonra hətta meyitləri ilə də alçaldıcı davranmaq necə mümkün ola bilərdi. Öldürdükləri insanların cəsədləri üzərindən tanklarla niyə keçirdilər?..
 
Rusiyalı analar, hətta əgər siz qarətçilər böyütmüsünüzsə, onlar üstəlik cəllada da necə çevriliblər? Siz hiss etməyə bilməzdiniz ki, sizin övladlarınızın insanlıq duyğusu, qəlbi və ruhu yoxdur. Onlar şüurlu şəkildə və məmnuniyyətlə öldürüblər.
 
İstərdim, Rusiya rəhbərliyi görsün ki, onların göstərişləri necə yerinə yetirilir - bax bu cür göstərişləri...
 
Rusiya dövləti bundan sonra bax belə tanınacaq. Bu sizin obrazınızdır. Sizin mədəniyyətiniz və insanlığınız ukraynalılarla birlikdə öldü..."

Bənzər yazılar

0.25499200820923