Serial ulduzu filmin premyerasında QEYRİ-ADİ LİBASDA GÖRÜŞÜB

 17-10-2022

“Tac” serialının ulduzu Emma Korrin London Film Festivalında “My Cop” filminin premyerasında içərisində qızıl balıq olan plastik torbaya bənzəyən mini paltarda görünərək qonaqları təəccübləndirib.

Bu barədə Britaniyanın “Vogue” nəşri məlumat yayıb.

“JW Anderson” dəb evinin geyimi 2023-cü ilin Yaz/Yay kolleksiyasında bu ilin sentyabrında Londonda keçirilən sərgidə nümayiş etdirilib.

Aktrisa zinət əşyası kimi “Cartier” sırğalarını taxıb.

Məlumata görə, imicin ideyası Korrinin stilisti Harri Lambertə məxsus olub.

 

Bənzər yazılar

0.22003316879272