Ruslar əsir hərbçi qadınların saçını niyə kəsir?

 03-04-2022

Aprelin 2-də Ukrayna hərbçiləri əsirlikdən azad ediliblər. Onların görünüşü isə hər kəsi heyrətə gətirib, belə ki, rus hərbçiləri ukraynalı qadın hərbçilərin saçlarını kəsiblər.

MillətinSəsi.info yeniavaz.com-a istinadən xəbər verir ki, "Povaqa" saytı bunun, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin daha bir təsirli sübutu və simvolu olduğunu bildirib və rusların bu addımının səbəbi ilə bağlı hüquq üzrə fəlsəfə doktoru, Yaroslav Müdrik Milli Hüquq Universitetinin 1 saylı Cinayət hüququ kafedrasının dosenti, bir sıra beynəlxalq layihələrin eksperti Yelena Xaritonovadan açıqlama alıb.

Ekspert vurğulayıb ki, hərbi əsir qadınların başlarının qırxılması işğalçıların insan ləyaqətinə zərbə vurmaq üçün istifadə etdikləri sosial nəzarət vasitəsidir:

“Orta əsrlərdən bəri cəlladlar təraşdan işgəncə ritualının mühüm hissəsi kimi istifadə ediblər. Onun vəzifəsi insanı alçaltmaq idi.

Müasir hüquqşünaslıqda bəzi beynəlxalq qurumlar artıq başın zorla qırxılmasını pis rəftar kimi tanıyıblar. Avropa İnsan Haqları Məhkəməsinin qərarında da göstərilir ki, məhbusların saçlarının zorla qırxılması, prinsipcə, onların alçaldılmasına gətirib çıxara bilən hərəkətdir. İnsan ləyaqətini itirə bilər və ya özlərini alçaldılmış hiss etmələrinə səbəb ola bilər”.

Xatırladaq ki, aprelin 1-də Zaporojye vilayətində əsir mübadiləsi baş verib və 86 Ukrayna hərbçisi azad edilib. Onlardan 15-i qadın hərbçilərdir.

Bənzər yazılar

0.31725597381592