Salyanda yol qəzası BAŞ VERİB, doqquz yaralı VAR

 16-10-2022

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.16370296478271