UEFA Avropa Liqası həftənin ən yaxşı qolunu müəyyənləşdirib. Məlum olub ki, bu, Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Enis Bardinin oyunun 57-ci dəqiqəsində vurduğu cərimə zərbəsidir.
Milletinsesi.info-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının “Twitter” hesabında məlumat verilib.
Qeyd edək ki, Avropa Liqasının “H” qrupunda yer alan “Trabzonspor” öz meydanında “Monako”nu qəbul edib və rəqibini 4-0 hesabı ilə məğlubiyyətə uğradıb.
????⚽️ The #UEL Goal of the Week winner is...@Heineken | #UELGOTW pic.twitter.com/CDsAbebD1X
— UEFA Europa League (@EuropaLeague) October 14, 2022