Aprel döyüşlərində iştirak etmiş xüsusi təyinatlı şəhidin anası: “Döyüşlərin başladığını demədi” - VİDEO

 02-04-2022

Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub, 1994-2005-ci illərdə 14 saylı tam orta məktəbdə təhsil alıb, 2006-cı ildə ildə isə hərbi xidmətə yollanıb.

MillətinSəsi.info xəbər verir ki, Baku TV Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışov haqqında reportaj hazırlayıb.

“2016-cı ilin 27 martında görüşdük. Döyüşlərin başladığını demədi. Təlimə getdiyini dedi. Yola saldım, getdi”, - deyə son görüşlərindən danışan şəhid anası Zenfira Baxışova deyib.

Şəhid anası övladının itkin düşməsi xəbərini televiziyadan öyrəndiyini də qeyd edib.

Şəhidin nəşi aprelin 19-da təmas xəttindən götürülüb. O, doğulduğu Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Bənzər yazılar

0.20655584335327