“Ruhəngiz Qasımova üçün çox darıxacağam”.
Bu sözləri Milletinsesi.info-a açıqlamasında şoumen, tanınmış aparıcı Murad Dadaşov deyib.
Onun sözlərinə görə, Ruhəngiz xanım çox maraqlı, məzəli insan idi:
“Ruhəngiz xanımla son vaxtlar gec-gec görüşürdük. Telefonla tez-tez danışırdıq. Onun adı gələndə üzümdə gülüş yaranır. Hesab edirəm ki, o, həmişə yaşayacaq. Onun yoxluğu bizi çox təəssüfləndirir. Lakin hər zaman qəlblərimizdə yaşayacaq”.