Doğmaları Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında xatirələrini bölüşüblər.
Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə Ruhəngiz Qasımovanın ittifaqın ən tanınmış və sevilən üzü olduğunu bildirib:
“Həmişə çox şən əhval-ruhiyədə olardı. Son illərdə təəssüflər olsun ki, yoldaşının xəstəliyi ilə bağlı 10 il ona baxmalı oldu. Bu məsələ onu çox üzürdü. Ruhəngiz xanım bizim gözümüzün qabağında dəyişdi”.
Əməkdar incəsənət xadimi Zemfira Qafarova Ruhəngiz Qasımovanın ölümünün Azərbaycan musiqi mədəniyyəti üçün böyük itki olduğunu qeyd edib:
“Həm gözəl bəstəkar, həm də gözəl yazar idi. Yüksək yumorlu insan idi. Mən son dəfə onunla bir verilişdə biryerdə oldum və o, belə bir söz işlətdi ki, “bu, mənim vətənə son gəlişimdir”. Hamımıza bu ifadə qəribə gəlmişdi”.
Daha ətraflı süjetdə: