Həbs edilmiş keçmiş icra başçısının oğlu işdən çıxarıldı

 01-04-2022

İmişli rayon İcra Hakimiyyətinin Sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.

Trend-in məlumatına görə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Onu da qeyd edək ki, bu gün  işdən azad olunan Məhəmməd Hacıyev işdən vəzifədən azad olunması ilə bağlı açıqlama verib. M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.

Bənzər yazılar

0.59611701965332