Məşhur qurman səyyah Azərbaycana SƏFƏR EDİB - VİDEO

 08-10-2022

Tanınmış “food” bloqer və səyyah Mark Uins ölkəmizə səfər edib.

Bir çox məkanları gəzən qonaq Azərbaycanın tarixi və mədəniyyəti ilə yanaşı, yerli mətbəxlə də yaxından tanış olub.

Bu barədə o, özünün “YouTube” kanalında izləyicilərinə geniş reportaj təqdim edib.

Uinsi valeh edən təamlardan biri Azərbaycan kababı olub. O, quzu ətindən hazırlanan bu ləziz neməti “kababların şahı” adlandırıb.

Səyyah mətbəximizin olduqca dadlı olması ilə yanaşı, xalqımızın mehribanlığını və Bakının gözəlliyini də qeyd edib.

O, izləyicilərini ölkəmizə mütləq səfər etməyə və yerli mətbəxin dadına baxmağa çağırıb.  

Bənzər yazılar

0.29875707626343