Bakıda Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə ABİDƏSİ UCALDILACAQ - SƏRƏNCAM

 08-10-2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. 

Bu barədə AZƏRTAC xəbər verib. 

Sərancamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

“1. Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Bənzər yazılar

0.32840085029602