Cəlilabadda qadını bıçıqla qətlə yetirən qaynı olub

 01-04-2022

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.

“Report”un məlumatına görə, hadisəyə mülkə görə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumatda bildirilib ki, Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Cəlilabad Rayon Prokurorluğundan bildirilib ki, martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin ərinin qardaşı, 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bənzər yazılar

0.26091289520264