“Zəngilanın təbii resursları da işğal müddətində məhv edilib”.
Bunu Milli Şəhərsalma Forumunun panel müzakirələrində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Zəngilanın baş planı yaşıl şəhər və ağıllı şəhər konsepsiyalarına əsaslanır.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Zəngilandakı inkişafın üç istiqaməti logistika, turizm və kənd təsərrüfatı - müəyyən edilib. “Zəngilan gələcəkdə, ekoloji cəhətdən təmiz, müasir və davamlı yaşıl şəhər olacaq”, -deyə o əlavə edib.