Bakıda dilənçilər polisdən "qorunmaq" üçün bu yola əl atıblar - VİDEO

 31-03-2022

Bakının Sabunçu rayonu ərazisində dilənçilərin bir qisminin məskunlaşdığı məhəllədə reyd keçirilib.

MillətinSəsi.info report-a istinadla xəbər verir ki, reyd Daxili İşlər Nazirliyi (DİN) və Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları ilə birgə baş tutub.

Reyd zamanı bir çox ailənin qeydiyyatda olmadığı aşkarlanıb.

Məlum olub ki, dilənçilər polisdən "qorunmaq" üçün evlərinə təhlükəsizlik kamerası quraşdırıblar.

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report"a bildirib ki, avara və tüfeyli həyat tərzi yaşayan şəxslərə qarşı mütəmadi tədbirlər görülür:

"Bu kimi neqativ hallarla rastlaşdıqda, ərazi üzrə fəaliyyət göstərən polis əməkdəşları tərəfindən həmin şəxslərlə profilaktiki söhbətlər aparılır. Əgər həmin şəxslər məsələyə etinasız yanaşırsa, onlar barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir".

"Qeyd edək ki, dilənçiliklə məşğul olan şəxslərin ölkədə uzunmüddətli qalmalarına baxmayaraq, onların nə şəxsiyyətlərini təsdiq edən sənədləri, nə də yaşayış üzrə qeydiyyatları var. Maddi vəziyyətlərindən asılı olmayaraq, dilənçilik və avaralıq onların həyat tərzidir. Onların digər vətəndaşlara mane törətdiklərini nəzərə alaraq, belə hallar daim diqqətdə saxlanılır və qanunauyğun olaraq həmin şəxslər barəsində tədbirlər görülür”, - DİN rəsmisi vurğulayıb.

Bənzər yazılar

0.23927903175354