Azərbaycan daha 17 erməni hərbçini geri qaytarıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik geri qaytarılan hərbçilərin adlı siyahısını yayıb.
"Kanal Oqney" "Telegram" kanalında bildirilib ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarıb.
Təhvil verilən ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.