Hulusi Akar: “Ermənistan 30 ildə olduğu kimi yenə ciddi təxribatlara əl atır” - VİDEO

 04-10-2022

Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə naziri Hulusi Akar qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri general Zakir Həsənovla təkbətək görüşüb, daha sonra onlar iki ölkənin nümayəndə heyətləri arasında görüşə sədrlik ediblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İkinci vətəni kimi xarakterizə etdiyi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Akar göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümünü münasibəti ilə təbriklərini çatdıran türkiyəli nazir iki ölkə arasında dostluq və qardaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının daim möhkəmləndiyini deyən Akar qeyd edib:

“Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi, Cənubi Qafqazda sülh və sabitliyin əbədiyyətə qovuşması üçün tarixi fürsət pəncərəsi açdı”.

Ermənistanın son 30 ildə olduğu kimi yenə də ciddi təxribatlara əl atdığına diqqət çəkən türkiyəli nazir vurğulayıb:

“Ermənistan təxribata artıq son verməlidir. Azərbaycanla sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməli, uzadılmış sülh əlini tutmalıdır”.

O bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da “Bir millət, iki dövlət” anlayışını rəhbər tutaraq, azərbaycanlı qardaşlarımızla bir yumruq olmağa davam edəcəyik:

“Biz hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt yalnız deyil”, - deyə o bildirib.

Bənzər yazılar

0.21498703956604