UEFA “Qarabağ”la bağlı PAYLAŞIM EDİB

 03-10-2022

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.

Avropa Liqasının rəsmi “Twitter” səhifəsində “köhlən atlar”ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.

Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın son turunda “Azersun Arena”da “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

 

Bənzər yazılar

0.20868515968323