Rəcəb Tayyib Ərdoğanın Azərbaycana GƏLİR

 03-10-2022

“İki həftə ərzində Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir, texniki uçuş sınaqları həyata keçirilir.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının təməl daşı 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən atılıb. May ayından isə Mina Təmizləmə Agentliyi tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə start verilib. Paralel olaraq təmizlənmiş sahələrdə AZVİRT şirkəti tərəfindən uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına başlanılıb və sahəsi 60 min kvadratmetr olan və səkkiz hava gəmisi üçün nəzərdə tutulan perronun, uzunluğu 600 metr olan sükan yolunun tikintisinə start verilib.

Ötən müddət ərzində paralel olaraq sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiya işləri tamamlanıb, metal konstruksiya quraşdırılıb. Hazırda dam örtüyünün bağlanması işləri həyata keçirilir. Dam örtüyü işlərinin 80 faizi artıq yerinə yetirilib, yaxın zamanlarda bu işlər də tam başa çatacaq. Hava limanının elektrik enerjisi ilə təminatı üçün uzunluğu 10 kilometr olan 35 kVA-lıq hava xətti çəkilib, gücü 1000 kVA olan transformator yarımstansiyası quraşdırılıb. Fasiləsiz elektrik enerjisi üçün əlavə olaraq gücü 1000 kVA olan generator alınıb.

Ərazi ilə tanış olarkən sürətli tikinti işlərinin şahidi olduq. Hava limanının istilik təchizatı üçün qazanxana binası da inşa olunub, su ilə təchiz olunması üçün dərinliyi 250 metr olan artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarları memarı işləri görülür. Uçuş-enmə zolağında gecə saatlarında uçuşların təmin olunması üçün transformator binalarının tikintisi yerinə yetirilir və iyun ayında tamamlanaraq istismara verilməsi planlaşdırılır.

Hava hərəkətinin təşkili üçün nəzərdə tutulan qüllə binası tikilib və daxilində elektrik-mexanik işləri yerinə yetirilir. Eyni zamanda uçuş-enmə zolağında hazırda 2 kilometr uzunluğunda, 45 metr enində asfalt örtüyü çəkilib və işlər davam etdirilir. Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işlər 100 faiz tamamlanıb. Hazırda aeronavoqasiya qurğuları arasında elektrik və rabitə xəttinin çəkilməsi prossesi yerinə yetirilir.

Zəngilan Beynəlxalq Hava Limanı iki mərhələdə istismara veriləcək, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarəetmə aeronaviqasiya qülləsi iyul ayında istifadəyə veriləcək. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

İkinci mərhələdə, yəni oktyabrın əvvəlində Zəngilan Beynəlxalq Hava Limanı tam istifadəyə veriləcək. Hava limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

Bənzər yazılar

0.20952296257019