"Qazax Sement Zavodu" barəsində cərimə protokolu tərtib olunub.
“Kriminalqafqaz” xəbər verir ki, zavod barəsində məhkəmə iddiası qaldırılıb. İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərillib. Zavod rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozmaqda təqsirli bilinir.
Belə ki, “Qazax Sement Zavodu” MMC avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində hər hansı xidmət əldə etmədiyi halda vəsaiti xaricdən geri qaytarmayıb.
İddia təmin olunarsa, zavod ölkədən çıxardığı valyuta vəsaitinin 30 faizinədək məbləğdə cərimə olunacaq.