Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri “CRYSTAL Beton” zavodunun GECƏLƏR İŞLƏMƏSİNDƏN NARAZIDIRLAR

 29-09-2022

Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən “CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.

Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir.

Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.



Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, bu barədə araşdırma aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

“Crystal Beton” şirkəti ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Bənzər yazılar

0.1740128993988