Hyu Cekman ən məşhur roluna QAYIDIR - VİDEO

 29-09-2022

Aktyor Hyu Cekman qarşıdan gələn “Deadpool 3” filmində Rosomaxa rolunu təkrarən canlandıracaq.

Belə ki, bir gün əvvəl, “Deadpool” rolunu oynayan Rayan Reynolds və Cekman “Twitter”də Rosomaxanın görünəcəyinə eyham vuran paylaşım ediblər.

Daha sonra xarici media bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Cekman ilk dəfə 2000-ci ildə “X-Men” filmində Rosomaxa rolunu oynayıb. O, 2017-ci ildə Ceyms Manqoldun “Loqan” filmində də daxil olmaqla, ümumilikdə doqquz dəfə bu obrazı canlandırıb.

Xatrıaladaq ki, “Deadpool 3” 6 sentyabr 2024-cü il tarixində ekranlara çıxacaq.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.18865895271301